Avtobus sürücüsü işləmək üçün staj tələb olunurmu? - Ekspert açıqladı

  • 13 Mart, 2019 17:43
Avtobus sürücüsü işləmək üçün staj tələb olunurmu? - Ekspert açıqladı

“Avtobus sürücüsü işinə qəbul üçün 2 il stajın tələb olunması ilə bağlı yazılanlar doğru deyil”

“Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” yanlış anlaşılaraq yayılmaqdadır”.

“Finans.az” xəbər verir ki, bunu ekspert Ərşad Hüseynov bildirib.

O vurğulayıb ki, yanlışlıq avtobus sürücüsünün stajı ilə bağlıdır:

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov

Yanlışlıq odur ki, guya avtobus sürücüsü işinə qəbul üçün 2 (və ya 3) il staj lazımdır. Amma belə deyil. Ümumiyyətlə, yeni təsdiq edilən sənəddə sürücü işləmək üçün heç bir yeni tələb yoxdur. Orada avtobus və taksi sürüclərinə aid tələblər indiyədək “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda olduğu kimi təkrarlanır. Tələb belədir ki, şəxsin D, DE kateqoriyalı, yaxud D1 və D1E altkateqoriyalı vəsiqəsi varsa, o, hər hansı staji olmadan (yəni praktiki olaraq belə vəsiqəni aldığı gündən) avtobus sürücüsü kimi işə qəbul oluna bilər. 2 illik staj taksi sürücüsü üçün tələb olunur ki, bu da başadüşüləndir. Çünki yenicə B kateqoriyası alan və ömründə avtomobil sürməyən şəxsin taksi sürücüsü olması məqsədəuyğun deyil.


Mənbə: report.az