Avropanın turizm sektoru yanvarda 1 mlrd. avro itirib

  • 2 Mart, 2020 15:49
Avropanın turizm sektoru yanvarda 1 mlrd. avro itirib

Yayılan koronavirus infeksiyası səbəbindən təkcə 2020-ci ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələrinin turizm sektorunda itkilər 1 mlrd. avro təşkil edib.

"Finans.az" xəbər verir ki, bunu Daxili Bazarlar üzrə Avropa Komissarı Tyerri Breton deyib.

Onun sözlərinə görə, yanvar ayında Aİ ölkələrini gözləniləndən 2 mln. nəfər daha az turist ziyarət edib. Bunun əsas səbəbi isə Çindən turist axının dayanmasıdır.


Mənbə: apa.az