Avropanın əksər ölkələrinin borc almağa ehtiyacı yoxdur - MONİTORİNQ

  • 12 Mart, 2019 17:05
Avropanın əksər ölkələrinin borc almağa ehtiyacı yoxdur - MONİTORİNQ

Dünyanın müxtəlif ölkələrinin tədavülə buraxdığı dövlət istiqrazlarının illik gəlirliliyi nəzərdən keçirilib.

"Finans.az" “Report”un analitik qrupuna istinadən xəbər verir ki, məlum olub ki, borc alətlərinə investisiya müqabilində ən çox gəlir vəd edən ölkə Venesueladır.

Son vaxtlar siyasi-iqtisadi böhranın yaşandığı, hiperinflyasiyanın qeydə alındığı Venesuelada dövlət istiqrazlarının illik gəlirliliyi 92 571,4%-dir və bu qədər fantastik gəlirliliyə malik borc aləti heç bir ölkədə yoxdur.

Bununla belə, bəzi ölkələrin də qiymətli kağızlarının gəlir marjası nəzərəçarpacaq dərəcədə yüksəkdir. Həmin ölkələr Venesuela ilə eyni regionda yerləşən Argentina (21,3 – 32,4%), eləcə də Ukrayna (16,7 – 19,2%), Türkiyə (15,1 – 19,2%), Misir (16,1 – 17,7%), Uqanda (9,2 – 16,3%), Nigeriya (10,6 – 14,3%), Pakistan (10,6 – 13,6%), Keniya (3,7 – 13,2%), Şri-Lanka (9,6 – 11,5%) və Namibiyadır (7,4 – 11,3%).

Əksər ölkələrdə dövlət istiqrazlarının illik gəlirliliyi 0-10% arasında dəyişir. Bununla yanaşı, Avropanın 17 ölkəsində, eləcə də Yaponiyada istiqraz faizləri mənfidir. Bu, həmin ölkələrin dövlət istiqrazlarına tələbin yüksək olmasından xəbər verir. Başqa sözlə, həmin qiymətli kağızlara pul qoyanlar gələcək perspektivi nəzərə alıb nəinki gəlir əldə edirlər, əksinə, pullarını “etibarlı əllər”də saxlamaq üçün xərcə düşürlər.

Ölkənin adıDövlət istiqrazlarının
illik gəlirliliyi
Amerika
1ABŞ2,4 – 3,1%
2Argentina21,3 – 32,4%
3Braziliya6,3 – 8,9%
4Çili3,3% - 4,3%
5Kanada1,6 – 2,1%
6Kolumbiya4,7 – 7,0%
7Meksika7,9 – 8,5%
8Peru4,4 – 6,1%
9Venesuela7,9 – 92 571,4%
Avropa
10Almaniya- 0,6 – 0,8%
11Avstriya- 0,5 – 1,3%
12Belçika- 0,5 – 1,3%
13Bolqarıstan- 0,5 - 0,7%
14Böyük Britaniya0,5 – 1,7%
15Çexiya1,7 – 2,9%
16Danimarka- 0,6 - 1,0%
17Finlandiya- 0,5 – 1,0%
18Fransa- 0,6 – 1,7%
19Xorvatiya0,0 – 2,0%
20İrlandiya- 0,5 – 1,6%
21İslandiya4,8 – 5,0%
22İspaniya- 0,4 – 2,3%
23İsveç- 0,4 – 1,0%
24İsveçrə- 1,0 – 0,3%
25İtaliya- 0,3 – 3,6%
26Kipr0,3 – 1,8%
27Latviya0,1 – 0,5%
28Litva0,3 – 1,2%
29Macarıstan0,2 – 3,8%
30Malta- 0,3 – 1,8%
31Niderland- 0,6 – 0,8%
32Norveç1,1 – 2,5%
33Polşa1,3 – 2,9%
34Portuqaliya- 0,4 – 2,4%
35Rumıniya2,7 – 4,9%
36Rusiya7,6 – 8,6%
37Serbiya2,9 – 4,5%
38Slovakiya- 0,3 – 1,4%
39Sloveniya- 0,3 – 0,8%
40Türkiyə15,1 – 19,2%
41Ukrayna16,7 – 19,2%
42Yunanıstan1,0 – 4,8%
Yaxın Şərq
43Bəhreyn4,2 – 5,8%
44İordaniya3,7 – 6,9%
45İsrail0,3 – 3,3%
46Qətər3,3 – 3,9%
47Misir16,1 – 17,7%
Asiya – Sakit Okean
48Avstraliya1,6 – 2,6%
49Banqladeş3,4 – 8,5%
50Cənubi Koreya1,8 – 2,0%
51Çin2,4 – 3,8%
52Filippin5,2 – 6,4%
53Hindistan6,4 – 7,8%
54Honqkonq0,7 – 1,8%
55İndoneziya5,9 – 8,6%
56Malayziya3,3 – 4,7%
57Pakistan10,6 – 13,6%
58Sinqapur1,9 – 2,6%
59Şri-Lanka9,6 – 11,5%
60Tailand1,7 – 3,1%
61Tayvan0,6 – 1,3%
62Vyetnam3,0 – 4,8%
63Yaponiya- 0,2 – 0,6%
64Yeni Zelandiya1,7 – 2,4%
Afrika
65Botsvana1,7 – 5,0%
66Cənubi Afrika6,8 – 9,7%
67Keniya3,7 – 13,2%
68Mavriki3,2 – 6,1%
69Mərakeş2,4 – 3,7%
70Namibiya7,4 – 11,3%
71Nigeriya10,6 – 14,3%
72Uqanda9,2 – 16,3%

Qeyd edək ki, Azərbaycanın 2024-cü ilə qədər tədavüldə olacaq avrobondlarının illik gəlirliliyi 4,75%-dir.