Avropanın aviadaşımalar bazarında 14 ildə ilk dəfə lider dəyişdi

  • 11 Yanvar, 2019 14:20
Avropanın aviadaşımalar bazarında 14 ildə ilk dəfə lider dəyişdi

“Almaniyanın “Lufthansa” aviaşirkəti 2018-ci ildə bütün Avropa daşıcıları arasında yerinə yetirilən sərnişin dövriyyəsinə görə birinci yer tutub.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, 2004-cü ildən bu göstərici üzrə vahid lider Fransa-Hollandiya şirkəti “Air France-KLM” olub.

Yerinə yetirilən sərnişin dövriyyəsi sərnişin-kilometrlərdə ölçülür. “Lufthansa”da ötən il bu göstərici 284,56 milyard sərnişin-kilometr olub. Bütövlükdə 1,2 milyon reys həyata keçirməklə 152,3 milyon sərnişin daşınıb.

Bu artımın əsas təkanvericiləri Zürix, MünhenVyana habları olub.