Avropalılara payıza kimi səyahət etməmək məsləhət görüldü

  • 15 Aprel, 2020 15:48
Avropalılara payıza kimi səyahət etməmək məsləhət görüldü

Koronavirusla bağlı Avropada ağır vəziyyət olduğundan insanlara payızdan tez səyahət planlaşdırmaq məsləhət görülmür.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib.

Onun sözlərinə görə, hazırda heç kəs iyula, avqusta etibarlı proqnoz verə bilmir və avropalılar bu virusla aylarca, ola bilsin gələn ilə kimi yaşamağı oyrənməli olacaqlar.