Avropada qazın qiyməti 2 illik maksimumu yeniləyib

  • 23 Dekabr, 2020 17:44
Avropada qazın qiyməti 2 illik maksimumu yeniləyib

Avropada gözlənilən soyuqlar ərəfəsində təbii qaz bahalaşmaqda davam edir.

“Finans.az” xəbər verir ki, Niderladda fəaliyyət göstərən TTF virtual satış platformunda qazın qiyməti 220 dollar/1000 kubmetr səviyyəsinə yüksəlib. Bu da 2019-cu ilin 5 fevral tarixindən bu yana ən yüksək həddir. Ayın əvvəlindən isə qaz 18 faiz bahalaşıb.

Dekabrın 14-də isə TTF-də qaz 194,9 ABŞ dollarından 199,7 dollar/1000 kubmetrədək bahalaşmışdı.

Qeyd edək ki, Avropanın yeraltı qaz anbarlarındakı qazın həcmi 77,71 faiz səviyyəsindədir. Halbuki əvvəlki beş mövsümün orta səviyyəsi 74,22 faizdir (3,49 faiz az). Bu ilin dekabr ayında Avropa LNG terminallarından şəbəkəyə qaz təchizatının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 39 faiz azdır.


Mənbə: report.az