Avropada lider olmaq üçün “Model 3”ə bircə ay bəs etdi

  • 20 Mart, 2019 14:19
Avropada lider olmaq üçün “Model 3”ə bircə ay bəs etdi

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkətinin “Model 3” elektomobili Avropada satışların elə ilk ayında lider olub.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət fevralda toplam olaraq 4 000 elektromobil satıb ki, bunların 3 730-u “Model 3” avtomobilləri olub. Bu aydakı satışlar hesabına “Tesla” bazar payını 1/5 qədər artırıb.

Fevralın ən əlamətdar hadisələrindən biri Cənubi Koreya brendləri “Hyundai” və “Kia”nın satışlarda ikinci yerə yüksəlmələri olub. İlk beşliyi müvafiq olaraq “Renault”, “Nissan” və “BMW” tamamlayır.

Hesabat ayında toplam olaraq 20 100 ədəd elektrikili avtomobil satılıb (regionda satılan cəmi avtomobillərin 1,9%-i).