Bu ölkədə bütün ictimai nəqliyyat pulsuz olacaq - Dünyada bir ilk

  • 6 Dekabr, 2018 17:26
Bu ölkədə bütün ictimai nəqliyyat pulsuz olacaq - Dünyada bir ilk

Lüksemburqda ictimai nəqliyyatda gediş pulsuz elan ediləcək.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Lüksemburqda gələn ildən bütün növ ictimai nəqliyyatda, o cümlədən, tramvay, avtobus, şəhərkənarı qatarlarda gediş haqqı ləğv ediləcək. Həmçinin, birinci və ikinci sinif qatarlarda da gediş haqqının ləğv edilməsi düşünülür.

Qeyd edək ki, Lüksemburqun paytaxtında 110 min əhali yaşayır. Hersoqluğun əhalisi isə 600 min nəfərdir. Günlük olaraq 100 minlərlə insan iş üçün Avropadan bu ölkəyə gəldiyindən ölkə ərazisində, xüsusən də, paytaxtda böyük tıxaclar yaranır. Sözügedən qərarın qəbulu da bu problemlə bağlıdır.