Avropa Kommisiyası 5 avtomobil nəhəngini 875 milyon avroluq cərimələdi

  • 8 iyul, 2021 14:00
Avropa Kommisiyası 5 avtomobil nəhəngini 875 milyon avroluq cərimələdi

Avropa Kommisiyası (AK) aparıcı avtomobil istehsalçıları olan “BMW”, “Daimler”, “Volkswagen”, “Audi” və “Porsche”ni 875 milyon avro məbləğində cərimələyib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb şirkətlərin dizel avtomobilləri üçün tullantıların təmizlənməsi texnologiyaları sahəsində kartel sövdələşməsinə getmələridir.

Qeyd edilir ki, avtomobil nəhəngləri karteldə iştiraklarını artıq təsdiq ediblər. “Daimler” ilk olaraq kartelin varlığı haqqında AK-ya məlumat verdiyinə və istintaqla əməkdaşlığa getdiyinə görə ona cərimə sanksiyalarından immunitet verilib.