Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 14 Noyabr, 2019 09:25
Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,33% - 27 783,59 bəndədək, "S&P 500" indeksi 0,07% - 3 094,04 bəndədək artıb, NASDAQ isə 0,05% - 8 482,10 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,19% - 7 351,21 bəndədək, Almaniya DAX-ı 0,40% - 13 230,07 bəndədək, Fransa CAC-40-ı isə 0,21% - 5 907,09 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,60 dollar bahalaşaraq 1 464,90 dollara, gümüşün unsiyasının qiyməti isə 0,04 dollar artaraq 16,95 dollara satılıb.