Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 31 İyul, 2020 09:08
Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,85% - 26 313,65 bəndədək, "S&P 500" indeksi 0,37% - 3 246,22 bəndədək azalıb, NASDAQ isə 0,43% - 10 587,81 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 2,31% - 5 989,99 bəndədək, Almaniya DAX-ı 3,45% - 12 379,65 bəndədək, Fransa CAC-40-ı isə 2,13% - 4 852,94 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 19,50 ABŞ dolları bahalaşaraq 1 986,30 dollara, gümüşün unsiyasının qiyməti isə 0,35 dollar artaraq 23,72 dollara satılıb.