Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 22 Yanvar, 2021 09:10
Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,04% - 31 176,01 bəndədək azalıb, "S&P 500" indeksi 0,03% - 3 853,07 bəndədək, NASDAQ isə - 0,55% - 13 530,92 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,37% - 6 715,42 bəndədək, Almaniya DAX-ı 0,11% - 13 906,67 bəndədək, Fransa CAC-40-ı isə 0,67% - 5 590,79 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,80 ABŞ dolları ucuzlaşaraq 1 866,50 dollara, gümüşün unsiyasının qiyməti isə 0,18 dollar azalaraq 25,67 dollara satılıb.