Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 20 Noyabr, 2020 09:10
Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,15% - 29 483,23 bəndədək, "S&P 500" indeksi 0,39% - 3 581,87 bəndədək, NASDAQ isə - 0,87% - 11 904,71 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,80% - 6 334,35 bəndədək, Almaniya DAX-ı 0,88% - 13 086,16 bəndədək, Fransa CAC-40-ı isə 0,67% - 5 474,66 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,90 ABŞ dolları bahalaşaraq 1 865,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,13 dollar artaraq 24,29 dollara satılıb.