Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 13 Yanvar, 2021 09:10
Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,19% - 31 068,69 bəndədək, "S&P 500" indeksi 0,04% - 3 801,19 bəndədək, NASDAQ isə - 0,28% - 13 072,43 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,65% - 6 754,11 bəndədək, Almaniya DAX-ı 0,08% - 13 925,06 bəndədək, Fransa CAC-40-ı isə 0,20% - 5 650,97 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 15,20 ABŞ dolları bahalaşaraq 1 859,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,23 dollar artaraq 25,68 dollara satılıb.