Avropa fond bazarında əsas səhmlər kəskin ucuzlaşıb

  • 22 Sentyabr, 2020 09:10
Avropa fond bazarında əsas səhmlər kəskin ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 1,84% - 27 147,70 bəndədək, "S&P 500" indeksi 1,16% - 3 281,06 bəndədək, NASDAQ isə - 0,13% - 10 778,80 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 3,38% - 5 804,29 bəndədək, Almaniya DAX-ı 4,37% - 12 542,44 bəndədək, Fransa CAC-40-ı isə 3,74% - 4 792,04 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,80 ABŞ dolları bahalaşaraq 1 919,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,44 dollar artaraq 24,83 dollara satılıb.