Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 18 Fevral, 2020 09:34
Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,09% - 29 398,08 bəndədək azalıb, "S&P 500" indeksi 0,18% - 3 380,16 bəndədək, NASDAQ isə 0,20% - 9 731,18 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,33% - 7 433,25 bəndədək, Almaniya DAX-ı 0,29% - 13 783,89 bəndədək, Fransa CAC-40-ı isə 0,27% - 6 085,95 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,90 dollar bahalaşaraq 1 589,30 dollara, gümüşün unsiyasının qiyməti isə 0,12 dollar artaraq 17,86 dollara satılıb.