Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 8 Avqust, 2019 09:12
Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,09% - 26 007,07 bəndədək azalıb, "S&P 500" 0,08% - 2 883,98 bəndədək, NASDAQ isə 0,38% - 7 862,82 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,38% - 7 198,70 bəndədək, Almaniya DAX-ı 0,71% - 11 650,15 bəndədək, Fransa CAC-40-ı isə 0,61% - 5 266,51 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,70 dollar ucuzlaşaraq 1 512,90 dollara, gümüşün unsiyasının qiyməti isə 0,02 dollar azalaraq 17,18 dollara satılıb.