Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 7 Noyabr, 2019 09:22
Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi dəyişməyərək 27 492,56 bənd olub, "S&P 500" indeksi 0,07% - 3 076,678 bəndədək artıb, NASDAQ isə 0,29% - 8 410,63 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,12% - 7 396,65 bəndədək, Almaniya DAX-ı 0,24% - 13 179,89 bəndədək, Fransa CAC-40-ı isə 0,34% - 5 866,74 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,30 dollar ucuzlaşaraq 1 492,80 dollara, gümüşün unsiyasının qiyməti isə 0,01 dollar artaraq 17,61 dollara satılıb.