Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 6 Noyabr, 2019 09:24
Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,11% - 27 492,63 bəndədək artıb, "S&P 500" indeksi 0,12% - 3 074,62 bəndədək azalıb, NASDAQ isə 0,02% - 8 434,68 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,25% - 7 388,08 bəndədək, Almaniya DAX-ı 0,09% - 13 148,50 bəndədək, Fransa CAC-40-ı isə 0,39% - 5 846,89 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,80 dollar bahalaşaraq 1 486,50 dollara, gümüşün unsiyasının qiyməti isə 0,03 dollar azalaraq 17,54 dollara satılıb.