Avropa fond bazarında əsas səhmlər bahalaşıb, ABŞ-da ucuzlaşıb

  • 8 Oktyabr, 2019 09:11
Avropa fond bazarında əsas səhmlər bahalaşıb, ABŞ-da ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,36% - 26 478,02 bəndədək, "S&P 500" indeksi 0,45% - 2 938,79 bəndədək, NASDAQ isə 0,33% - 7 956,29 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,59% - 7 197,88 bəndədək, Almaniya DAX-ı 0,70% - 12 097,43 bəndədək, Fransa CAC-40-ı isə 0,61% - 5 521,61 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,00 dollar ucuzlaşaraq 1 496,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,09 dollar azalaraq 17,45 dollara satılıb.