Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 17 Oktyabr, 2020 09:10
Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,39% - 28 606,31 bəndədək, "S&P 500" indeksi 0,01% - 3 483,81 bəndədək artıb, NASDAQ isə - 0,36% - 11 671,56 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,49% - 5 919,58 bəndədək, Almaniya DAX-ı 1,62% - 12 908,99 bəndədək, Fransa CAC-40-ı isə 2,04% - 4 935,86 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,50 ABŞ dolları ucuzlaşaraq 1 906,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,18 dollar artaraq 24,41 dollara satılıb.