Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 16 Fevral, 2021 08:41
Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Avropa fond bazarlarında "FTSE 100" indeksi 2,52% - 6 756,11 bəndədək, Almaniya DAX-ı 0,42% - 14 109,48 bəndədək, Fransa CAC-40-ı isə 1,45% - 5 786,25 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, fevralın 15-də Amerika fond bazarında əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günü nəticəsində "Dow Jones" indeksi 0,09% - 31 458,40 bəndədək, "S&P 500" indeksi 0,47% - 3 934,83 bəndədək, NASDAQ isə - 0,50% - 14 095,47 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,80 ABŞ dolları bahalaşaraq 1 826,00 dollara, gümüşün unsiyasının qiyməti isə 0,69 dollar artaraq 28,02 dollara satılıb.