Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 14 İyul, 2020 09:05
Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,04% - 25 085,80 bəndədək artıb, "S&P 500" indeksi 0,94% - 3 155,22 bəndədək, NASDAQ isə 2,13% - 10 390,84 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,33% - 6 176,19 bəndədək, Almaniya DAX-ı 1,32% - 12 799,97 bəndədək, Fransa CAC-40-ı isə 1,73% - 5 056,23 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 13,90 ABŞ dolları ucuzlaşaraq 1 800,20 dollara, gümüşün unsiyasının qiyməti isə 0,33 dollar artaraq 19,46 dollara satılıb.