Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 4 may, 2021 08:16
Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,70 % - 34 113,23 bəndədək, "S&P 500" indeksi 0,27 % - 4 192,66 bəndədək artıb, NASDAQ isə - 0,48 % - 13 895,12 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,12 % - 6 969,81 bəndədək, Almaniya DAX-ı 0,66 % - 15 236,47 bəndədək, Fransa CAC-40-ı isə 0,61 % - 6 307,90 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,90 ABŞ dolları ucuzlaşaraq 1 788,90 dollara, gümüşün unsiyasının qiyməti isə 0,09 dollar azalaraq 26,87 dollara satılıb.