Avropa fermalarında işçi qüvvəsi kəskin çatışmır

  • 15 Aprel, 2020 11:05
Avropa fermalarında işçi qüvvəsi kəskin çatışmır

Avropanın kənd təsərrüfatı istehsalçıları kəskin işçi güvvəsi çatışmamazlığı ilə qarşılaşıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər Avropa İttifaqının (Aİ) Almaniya, Fransa, İspaniya və İtaliya kimi varlı ölkələrinə Polşadan, Rumıniyadan, Yaxın Şərq və Afrika ölkələrindən mövsümü işləməyə gəlirdilər. Hər il Almaniya 300 min, Fransa 200 min, İtaliya 250, İspaniya 70-80 min mövsümü işçi qəbul edirdi. Lakin koronavirus pandemiyası ilə əlaqədar olaraq həmin Aİ ölkələri sərhədlərini bağlamaq məcburiyyətində qalıblar. İndi istixana və üzüm bağlarında işləməyə adam yoxdur.

Qeyd edilir ki, hökümətlər işçi qüvvəsi çatışmamazlığı fonunda məhsulların elementar olaraq tələf olmasından narahatdırlar və bu problemi müəyyən formada həll etməyə çalışırlar. Belə ki, Almaniya artıq işçi miqrantların ölkəyə girişinə tətbiq olunan məhdudiyyətlərə yenidən baxıb. İspaniyada söz verirlər ki, işsiz qalanlar kənd təsərrüfatı sektorunda işə başlayacağı təqdirdə onlara hələ iyula kimi işsizlik üzrə müavinat veriləcək. Analoji addımı Fransa da atıb. Ancaq Avropa ölkələrinin yerli əhalisi istixana və üzüm bağlarına can atmır. Bir çoxları əlavə səy göstərmədən elə müavinatla kifayətlənməyə üstünlük verir.