Avro ucuzlaşdı, dollar və rubl sabit qaldı - RƏSMİ MƏZƏNNƏ

  • 8 Noyabr, 2019 09:33
Avro ucuzlaşdı, dollar və rubl sabit qaldı - RƏSMİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

"Finans.az" xəbər verir ki, avronun məzənnəsi 0,1% azalaraq 1,8782 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0267 manat təşkil edib. Türk lirəsinin məzənnəsi isə 0,07% artaraq 0,2955 manat olub.

ValyutaMəzənnə
1 ABŞ dolları1.7000
1 Avro1.8782
1 Rusiya rublu0.0267