“Audi” bu avtomobilləri geri çağırır

  • 30 İyul, 2020 17:55
“Audi” bu avtomobilləri geri çağırır

Alman avtomobil nəhəngi “Volkswagen AG” Rusiyada 512 ədəd Audi A4, A8, A6, TT, Cabriolet avtomobilini geri çağırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, tədbir 1997-ci ildən 2001-ci ilə kimi olan dövrdə satılan avtomobillərə aiddir.

Səbəb kimi “Takata” hava yastıqları və NADI tipli qaz generatoru ilə təchiz edilən həmin avtomobillərdə qəza zamanı qaz generatorunun potensial aşağı məhsuldarlığı ilə əlaqədar olaraq hava yastığının yavaş və ya natamam açılmaq ehtimalının olması göstərilir.

Xatırladaq ki, “Volkswagen AG” qrupuna “Audi” ilə yanaşı “Bugatti”, “Porsche”, “Bentley”, “SEAT” və s. markalar daxildir.