Atatürk Hava Limanının bağlanması ilə əlaqədar AZAL istiqaməti dəyişdi

  • 6 Dekabr, 2018 15:33
Atatürk Hava Limanının bağlanması ilə əlaqədar AZAL istiqaməti dəyişdi

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Atatürk Hava Limanının bağlanması ilə əlaqədar olaraq bəzi uçuşların istiqamətinin dəyişib.

AZAL-dan “Finans.az”a verilən məlumata görə, İstanbulun Atatürk Hava Limanının bağlanması ilə əlaqədar olaraq, 30-31 dekabr tarixlərində AZAL reysləri aşağıda göstərilən cədvələ uyğun olaraq İstanbulun Sabiha Gökçen Hava Limanına yerinə yetiriləcək.

30 dekabr (yerli vaxtla):

J2-075 (Bakı-İstanbul) – Uçuş: 08.35, Enmə: 10.25

J2-076 (İstanbul-Bakı) – Uçuş: 12.50, Enmə: 16.35

J2-077 (Bakı-İstanbul) – Uçuş: 22.40, Enmə: 00.30

31 dekabr (yerli vaxtla):

J2-078 (İstanbul-Bakı) – Uçuş: 01.20, Enmə: 05.05

J2-075 (Bakı-İstanbul) – Uçuş: 11.40, Enmə: 13.30

J2-076 (İstanbul-Bakı) – Uçuş: 14.50, Enmə: 18.35