"Atasığorta"nın səhmdarları növbədənkənar toplaşacaq

  • 15 Yanvar, 2020 12:10

"Atasığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, yığıncaq fevralın 17-də, saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə şirkətin 2019-cu ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün müstəqil auditorun təyin edilməsi və digər məsələlər daxildir.