“AtaSığorta”nın səhmdarları toplanır: mənfəəti bölüşdürəcəklər

  • 12 Fevral, 2019 10:52
“AtaSığorta”nın səhmdarları toplanır: mənfəəti bölüşdürəcəklər

“AtaSığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 4 aprel 2019-cu il tarixə saat 11:00-da Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında keçiriləcək.

Səhmdarların ümumi yığıncağının gündəliyi:

1. 2018-ci maliyyə ili üzrə İdarə Heyətinin hesabatı

2. 2018-ci maliyyə ili üzrə Direktorlar Şurasının hesabatı,

3. 31 dekabr 2018-ci il tarixə bitən il üzrə müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı.

4. “AtaSığorta”nın 2018-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi.