"AtaSığorta"nın rəhbərliyində dəyişiklik olacaq

  • 21 Oktyabr, 2019 15:46

"AtaSığorta" ASC sahmdannrn növbədənkənar ümuymi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 18 noyabr 2019-cu il saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə "AtaSığorta" ASC-nin Direktorlar Şurasının rəhbərliyində dəyişikliklər edilməsi, Direktorlar Şurasının imza səlahiyyətləri və digər məsələlər daxildir.