"Ata Holdinq"in baş direktoru dəyişib

  • 24 Sentyabr, 2020 17:34

"Ata Holdinq" MMC-nin baş direktoru Adıgözəl Ağayev vəzifəsindən azad edilib.

"Finans.az" xəbər verir ki, holdinqə rəhbərlik Əşrəf Kamilova həvalə olunub.

O, indiyə qədər "Ata Holdinq"in Müşahidə Şurası sədrinin I müavini olub.

Xatırladaq ki, holdinq 2003-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 40,072 milyon manatdır.


Mənbə: report.az