“ASB Bank”ın səhmdarları növbədənkənar toplaşacaq

  • 7 Oktyabr, 2019 15:55
“ASB Bank”ın səhmdarları növbədənkənar toplaşacaq

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, yığıncaq noyabrın 1-i saat 15:00-da şirkətin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yerləşən baş ofisində baş tutacaq.

Yığıncağın gündəliyinə ASB-nin kənar auditorunun seçilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Abadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.