“ASAN imza” sertifikatları elektron şəkildə veriləcək

  • 9 Oktyabr, 2019 17:26
“ASAN imza” sertifikatları elektron şəkildə veriləcək

“Bu il Azərbaycanda yeni vergi ödəyicilərinin 90%-i elektron şəkildə dövlət qeydiyyatına alınıb”.

“Finans.az” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı Departamentinin rəhbəri Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, bu göstərici iyul-sentyabr ayları üzrə 93% təşkil edib.

Nazirlik rəsmisi onu da deyib ki, “ASAN imza” sertifikatlarının elektron şəkildə verilməsi üçün işlər aparılır: “Tezliklə sahibkarlar “ASAN Xidmət” mərkəzlərinə getmədən “ASAN imza” sertifikatı ala biləcəklər”.


Mənbə: report.az