Artıq uşaqları mobil dünyadan ayırmaq mümkün olacaq

  • 10 Oktyabr, 2018 15:55
Artıq uşaqları mobil dünyadan ayırmaq mümkün olacaq

Müasir dövr texnologiya dövrüdür.

Artıq nəinki gənc nəsil hətta az yaşlı uşaqlar belə texnologiyadan aslıdır.

"Finans.az" xəbər verir ki, artıq uşaqların mobil cihazlardan aslılığını azaltmaq üçün yeni qurğu istifadəyə verilib.

"TechDen" adlı qurğu bloklama stansiyası, eyni zamanda 26 santimetrədək diaqonallı ekrana malik 2 ədəd smartfon və ya planşet üçün anbardan ibarətdir. Valideynlər iOS və ya Android əməliyyat sistemləri üçün xüsusi proqramı yükləməklə, uşaqların mobil qurğulardan gündəlik istifadəsini planlaşdırmaq imkanı əldə edirlər. Bununla da uşaqların hər biri mobil cihazlardan və yaxud planşetlərdən müəyyən edilmiş vaxt ərzində istifadə edə biləcək.

Həmçinin, valideynlər uşağın mobil qurğudan nə zaman və necə istifadə etdiyinə nəzarət edə, onun istifadə tezliyini izləyə bilərlər.

Təyin edilmiş normativə müntəzəm olaraq əməl edən uşaq valideynlərindən həvəsləndirici mükafat tələb etmək hüququna malikdir.

Hazırda qurğunu "Kickstarter kraudfandinq" (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasından 119 dollara əldə etmək mümkündür.