Artıq bloklanan smartfonları aktiv etmək mümkün olacaq

  • 29 Noyabr, 2018 11:53
Artıq bloklanan  smartfonları aktiv etmək mümkün olacaq

Artıq istənilən "iPhone" modelini sındırmaq olacaq.

"Finans.az" xarici KİV-lərə istinadən xəbər verir ki, "DriveSavers" adlı şirkət iOS əməliyyatı vasitəilə çalışan istənilən cihazın bloklanması üzrə yeni servis istifadəyə verəcəyini açıqlayıb.

Bu servis kodu unudulub bloklanan və sahibi həyatda olmayan cihazların məlumatlarını əldə etmək üçün lazım olacaq. Yeni texnologiya şifrəli cihazın məlumatlarını bərpa etməyə kömək edəcək. Şirkət foto, video, kontaktlar, mətn mesajları, səsyazmalar və qeydlər də daxil olmaqla bütün məlumatların bərpa olunmasına zəmanət verir. Şirkət bildirib ki, o, cihazların bloklanması mövzusunda dövlət orqanlarına köməklik göstərməyəcək. iOS cihazlardan əlavə olaraq şirkət həmçinin "Android", "Windows" və "BlackBerry" cihazlarında da məlumatları bərpa edir.

Qeyd edək ki, şirkətin bu cür xidmətinin qiyməti 4000 dollar dəyərində olacaq.