Aqrar Xidmətlər Agentliyi yenə cərimələndi

  • 6 Aprel, 2021 15:28
Aqrar Xidmətlər Agentliyi yenə cərimələndi

Dövlət Gömrük Komitəsi (DGK) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyini növbəti dəfə cərimələyib.

"Finans.az"ın xəbərinə görə, Nərimanov Rayon Məhkəməsi DGK-nin protokoluna əsasən, Aqrar Xidmətlər Agentliyini 1 500 manat cərimə olunması barədə qərar çıxarıb.

Agentlik İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib. Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi qərardan apellyasiya şikayəti verib. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi bundan əvvəl də eyni inzibati xətaya görə cərimələnmişdi. Martın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrlik etdiyi prosesdə agentliyin şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmışdı.


Mənbə: report.az