"AppleTV+"un fəaliyyətinə bu tarixdə start veriləcək

  • 20 Avqust, 2019 17:15

ABŞ-ın "Apple" korporasiyası özünün "AppleTV+" striminq servisini artıq noyabrda istifadəyə verə bilər.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, servisə abünə haqqı 9,99 ABŞ dolları təşkil edəcək.

Bundan başqa pulsuz demo versiya da nəzərdə tutulacaq. Şirkət həmin demo versiya sahibləri üçün məhdud sayda serial seçimi təklif edəcək və bir neçə ay mütəmadi olaraq onları yeniləyəcək.