“Apple” oğurlanan smartfonları bloklayıb

  • 4 İyun, 2020 15:31
“Apple” oğurlanan smartfonları bloklayıb

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı qarətçilərin oğurladığı “iPhone” smartfonlarını bloklayıb.

Finans.az xarici KİV-ə istinadən bildirir ki, oğurlanan cihazlara qurğunun izlənildiyi və yerləşdiyi məkan barədə məlumatın dövlət orqanlarına ötürüləcəyi barədə mesajlar gəlir. Cihazı müəyyən bir mağazaya qaytarmaq təklif olunur.

Qeyd edək ki, ABŞ-ın bir sıra şəhərlərində baş verən iğtişaşların fonunda mağazaların qarət edilməsi və oğurluq halları davam edir. Nümayişçilər Minneapolisdə qaradərili Corc Floydun ölümünə görə etiraz aksiyalarına qoşulublar.


Günay Cabbar