“Apple” məşhur futbolçunun şərəfinə qulaqcıq istehsal edib

  • 7 Fevral, 2019 12:06
“Apple” məşhur futbolçunun şərəfinə qulaqcıq istehsal edib

“Apple” “Beats Studio3”ün naqilsiz “Beats Studio3 Wireless Headphones - Neymar Jr. Custom Edition” qulaqcıqlarını təqdim edib.

“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, bu model 27 yaşlı məşhur brazilyalı futbolçu Neymarın şərəfinə belə adlandırılıb.

Qulaqcığın əsas hissəsində təsisçilər tərəfindən Brazilyanın Sao-Paulo küçələrinin qrafiti və 10 rəqəmi əks olunub. Beləliklə, cihaz həm Neymar, həm də qrafiti sənətini sevənlərin üçün özəl seçim olacaq.

Bu qulaqcığın qiyməti standart qulaqcıqdan 70 dəfə daha baha, 350 dollara satışa çıxarılacaq. Lakin satışa çıxarılacağı tarix ilə bağlı açıqlama verilməyib.