"Apple" məhkəməni uduzdu: 31 milyon dollar cərimə olunur

  • 16 Mart, 2019 12:23

Smartfonlar üçün çip istehsal edən "Qualcomm" "Apple"a qarşı məhkəməni udub.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da San-Diyeqo məhkəməsi "Apple"ın "Qualcomm"un 3 patent qaydalarını pozduğunu qəbul edib. Bununla da, "iPhone" istehsalçısı 31 milyon dollar cərimə olunub.

Qeyd edək ki, "Qualcomm" ötən il "Apple"ın patent qaydalarını pozduğunu iddia edərək məhkəməyə müraciət etmiş və hər bir "iPhone" üçün 1,41 dollar kompensasiya tələb etmişdi.