“Apple” mağazaları maya kimi açılmayacaq - ABŞ-da

  • 3 Aprel, 2020 09:17
“Apple” mağazaları maya kimi açılmayacaq - ABŞ-da

Texnoloji nəhəng “Apple”ın ABŞ-dakı mağazaları bu ölkədə koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq gələn ayın əvvəlinə kimi bağlı qalacaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş vitse-prezidenti Deydre Obrayenin tabeçiliyində olanlara ünvanladığı xidməti qeyddə deyilir.

Xatırladaq ki, ABŞ-da 270-ə yaxın “Apple” mağazası var.