"Apple Mac Pro"nun görüntüsü ortaya çıxdı

  • 15 May, 2019 16:10

"Apple"ınn yaxın zamanda rəsmi olaraq tanıdacağı gözlədiyimiz yeni "Mac Pro" modelinin təqdimatında yer alan fotoşəkillər ortaya çıxıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, ortaya çıxan fotolar modelin xüsusiyyətləri ilə bərabər dizaynı ilə bağlı da məlumat verir.

Belə ki, təqdimatdan əldə olunan görüntülərə əsasən yeni model "Mac Pro" “Mac Pro 7.1” adı ilə satışa təqdim olunacaq. Həmçinin, bir öncəkli modeldəki kimi bu modelin də minimalist quruluşa malik olduğu, lakin kənarlarının daha kvadratik olduğu görünür. "Mac Pro"nun DDR5 RAM-a malik olacağı gözlənilir.

Qeyd edək ki, yeni "Mac Pro" modelinin 4 iyunda gerçəkləşən "WWDC 2019" tədbirində tanıdılacağı gözlənilir.

yeni mac pro