“Apple” kompüterlərdə “Face ID” funksiyasını test edir

  • 11 Fevral, 2019 14:31
“Apple” kompüterlərdə “Face ID” funksiyasını test edir

Tanınmış insayderlər “Apple” tərəfindən yeni “Mac” kompüterlərin bazara çıxarılacağını bildirirlər.

“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, onlar “Apple” şirkətinin hazırda “Face ID” funksiyasını və sensor ekranı dəstəkləyən modellər üzərində çalışdıqlarını vurğulayırlar.

Bunların yalnız şirkətin mühəndis çalışmaları da ola biləcəyi, sonra bu test işlərinin yarımçıq saxlanılması da mümkündür.

Qeyd edək ki, bundan öncə də şirkətin üztanıma funksiyasına malik “MacBook” və “MacBook Pro” notbukları üzərində çalışdığı, həmçinin bu modellərin 2020-ci ildə satışa çıxarılacağı barədə mələumatlar internetə sızdırılmışdı.