"Apple" "Iphone" istifadəçilərini izləməkdə ittiham olunur

  • 5 Dekabr, 2019 16:58

ABŞ mərkəzli texnologiya şirkəti "Apple" istifadəçilərinin icazəsi olmadan onların yeri haqında məlumat toplayır. Məlumatı kibertəhlükəsizlik üzrə mütəxəssis Brayan Krebs öz saytında yayıb.

"Finans.az" xəbər verir ki, ekspert hətta avia rejimində belə "Iphone"-un geolokasiyanı aktiv saxladığını aşkarlayıb.

Brain smartfonun peykdən məlumat ötürmə funksiyasını söndürüb, avia rejimi qoşub və yenə ekranın sağ hissəsində kompas işarəsinin yarandığını, yəni GPS-in aktiv olduğunu müşahidə edib. Mütəxəssisin fikrincə, "Apple" şirkəti istifadəçinin GPS funksiyasını işlətməmək qadağasına baxmayaraq onun şəxsi məlumatını əldə edir.

"Apple" ittihama cavab olaraq burada qorxulu nəyinsə olmadığı bildirilib: “Geolokasiya işarəsi onu göstərir ki, bəzi sistemlər çalışır və onları söndürmək mümkün deyil”.

Qeyd edək ki, "Iphone" istifadəçilərinin şəxsi məlumatının istifadəsi ilə bağlı "Apple" şirkətinin adı bir neçə dəfə qalmaqalda hallanıb.

Nərgiz Malik