“Apple”in yaz təqdimatının vaxtı məlum olub

  • 14 aprel, 2021 09:09
“Apple”in yaz təqdimatının vaxtı məlum olub

2021-ci ildə “Apple” korporasiyasının ilk təqdimatı aprelin 20-si saat 20:00-da keçiriləcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə hansı cihazların göstəriləcəyi dəqiq məlum deyil. Daha əvvəl yayılmış insayder məlumatalarına görə, şirkət iPad, yeni prossesorla təchiz edilmiş Mac kompüterləri, AirPods qulaqcıqları təqdim edəcək. Dəqiq olan isə odur ki, 20-də yeni smartfonlar gözləməyə dəyməz.