Apple-ın baş direktoru payına düşən səhmləri almaq niyyətindədir

  • 23 Avqust, 2018 12:02
Apple-ın baş direktoru payına düşən səhmləri almaq niyyətindədir

"Apple"ın baş icraçı direktoru Tim Kuk şirkətin təqribən 120 milyon dollarlıq səhmini ala bilər.

Finans.az xəbə verir ki, Kuk "Apple" korporasiyasının rəhbəri kimi payına düşən 280 min səhmi əldə edəcək.

Eyni zamanda o, əgər şirkət səhmlərinin gəlirliliyi son üç il ərzində fond bazarında S&P 500 indeksinə daxil olan şirkətlərin analoji göstəricilərinin üçdə ikisini üstələyəcəyi təqdirdə, əlavə olaraq 280 min səhm də ala bilər. Qiymətli kağızların ümumi dəyəri 120 milyon dollar təşkil edə bilər.

Hazırda Tim Kukun sərvəti 700 milyon dollara çatır.


Mənbə: az.trend.az