"Apple"ın 11 yeni "iPhone" modeli təsdiqləndi

  • 23 May, 2019 17:38

"Apple"ın yeni "iPhone" modellərini tanıtmasına 5 aydan daha az müddət qalıb.

"Finans.az" xəbər verir ki, yeni "iPhone" modelləri ilə bağlı ilk rəsmi addımlardan biri atılıb. Belə ki, "Apple"ın 11 yeni "iPhone" modeli "Avrasiya İqtisadi Komissiyası"nın qeydiyyatlarına daxil olub. Bu model nömrələrinə A2111, A2160, A2161, A2215, A2216, A2217, A2218, A2219, A2220, A2221 və A2223 daxildir.

Sentyabr ayında reallaşdırılacaq təqdimatda "Apple"ın üç yeni "iPhone" modelini tanıdacağı təqdirdə 11 yeni model nömrəsinin olması bölgələr üzrə model nömrələrinin fərqlənməsi ilə bağlıdır.



Qeyd edək ki, "iPhone XR", "iPhone XS" və "iPhone XS Max" modellərinin yerini alacaq üç yeni modelin uyğun olaraq 6.1 düym LCD ekrana, 5.8 düym OLED ekrana və 6.5 düym OLED ekrana sahib olacağı gözlənilir.

"XS" və "XS Max"ın yerini alacaq modellər üç arxa kameraya, "iPhone XR"in yerini alacaq yeni model isə iki arxa kameraya sahib olacaq.