“Apple” bazar dəyərinə görə “Saudi Aramco”ya yaxınlaşıb

  • 14 İyul, 2020 12:48
“Apple” bazar dəyərinə görə “Saudi Aramco”ya yaxınlaşıb

ABŞ-ın “Apple” korporasiyasının kapitallaşması təxminən 1,7 trilyon ABŞ dollarına çatıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Apple” bazar dəyərinə görə neft şirkəti “Saudi Aramco”ya yaxınlaşıb.

Qeyd edilir ki, hər iki şirkətin səhmlərinin hazırki kotirovkalarından çıxış etsək ABŞ şirkətinin kapitallaşması 1,66 trilyon dollar, “Saudi Aramco”nun - 1,78 trilyon dollar təşkil edir.