Apple 25 min tətbiqi ləğv etdi

  • 20 Avqust, 2018 13:42
Apple 25 min tətbiqi ləğv etdi

Amerikan şirkəti Apple Çindəki App Store-dan 25 min tətbiqi yerli qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edib.

Finans.az xəbər verir ki, bu barədə Çinin dövlət televiziyasının məlumatında deyilir.

Həmin tətbiqlər vasitəsilə saxta lotereya biletlərinin satışı aparılıb və mərc oyunları təklif olunub. Bu tətbiqlər Çinin App Store-dakı tətbiqlərin 1,4%-ni təşkil edir. Mağazada toplam 1,8 mln. ədəd tətbiq təmsil olunub.

Qeyd edək ki, Apple şirkətinin gəlirlərinin 20%-i Çin bazarının payına düşür. Kureptinodan olan şirkət həmçinin bu ölkədə öz iPhone telefonlarını yığır.


Mənbə: vedomosti.ru